​Vasif Talıbova bağlı 3 milyonluq şirkət yenidən bölünür

​Vasif Talıbova bağlı 3 milyonluq şirkət yenidən bölünür
11:43 15.03.2023
198 Ölkə
A- A+
“Gəmiqaya Holdinq”ə bağlı “Gəmiqaya Avtonəqliyyat” MMC yenidən təşkil olunur.

“Ölkə.Az” xəbər verir ki, MMC tərkibindən "Ofis Hold-75" MMC-nin ayrılması nəticəsində yenidən təşkil olunur. 

Bir müddət əvvəl isə “Alçı-Zavod-75” MMC “Gəmiqaya Avtonəqliyyat” MMC-nin tərkibindən ayrılmışdı.

Qeyd edək ki, “Gəmiqaya Avtonəqliyyat” MMC 30.12.2022 tarixində dövlət qeydiyyatına alınıb və nizamnamə kapitalı 3 364,593 min manatdır. 

Xatərladaq ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq sədri Vasif Talıbovun ailə üzvlərinə məxsus olan “Gəmiqaya Holdinq”in adı bir müddət əvvəl dəyişdirilərək “Arkoz Holdinq” olub. “Arkoz Holdinq” türkiyəli iş adamı Emin Uçara məxsusdur.