​Günlərdir itkin düşən 90 yaşlı kişinin meyiti görün hardan tapıldı - çaqqallar başını yeyib

​Günlərdir itkin düşən 90 yaşlı kişinin meyiti görün hardan tapıldı
12:14 28.03.2023
348 Hadisə
A- A+
Mingəçevirdə 12 gündür itkin düşən 90 yaşlı kişinin meyiti tapılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, martın 16-da itkin düşən Mingəçevir şəhər sakini, 1933-cü il təvəllüdlü Eyvazov Əliş Məmmədhüseyn oğlunun meyiti bu gün səhər saatlarında Mingəçevir şəhəri ərazisində tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

xxxx

Mingəçevirdə itkin düşən, günlərdir axtarışları davam edən şəhər sakini, 90 yaşlı Əliş Məmmədhüseyn oğlu Eyvazovun meyiti tapılıb.

Ə.Eyvazovun cansız bədəni “Vaqon şəhərcik” deyilən yerin yaxınlığındakı qamışlıq ərazidə aşkarlanıb.

Məlumata görə, meyitin baş hissəsi çaqqallar tərəfindən gəmirilib./axar.az