​Tezliklə İğdır-Naxçıvan kəmərinin tikintisinə başlanılacaq - Nazir

​Tezliklə İğdır-Naxçıvan kəmərinin tikintisinə başlanılacaq
13:52 30.03.2023
210 Ölkə
A- A+
Tezliklə İğdır-Naxçıvan kəmərinin Türkiyə hissəsinin tikintisinə başlanılacaq.

Bunu energetika naziri Pərviz Şahbazov özünün “Tviter” hesabında yazıb.

Nazir Budapeştdə Türkiyənin enerji və təbii sərvətlər naziri Fatih Dönməzlə görüşdüyü qeyd edib.

“Budapeştdə əziz dostum, qardaşım və həmkarım Fatih Dönməz ilə enerji əməkdaşlığımızı dərinləşdirəcək layihələr üzrə fəaliyyətimizi dəyərləndirdik”, - deyə P. Şahbazov bildirib.