SULH.İNFO.az Xezerxeber.az-a istinadla xəbər verir ki, iqtisatçı-ekspert Xalid Kərimli deyir ki, yanacaq məhsullarının qiymətləri qlobal miqyasda məhz xam neftin mövcud dəyərinə əsaslanır. Yəni, qiymətlərin artıb-azalması məhz bu dəyişikliklərdən aslıdır. Məsələn, 2021-22 -ci illərdə dünya bazarında neftin bir barelinin qiymətinin artaraq 100 dollara yaxınlaşması Azərbaycanda bu növ benzinin bahalaşmasına səbəb oldu. Çünki Azərbaycan premium markalı benzini əsasən Rumıniyadan ölkəmizə idxal edir.
Xalid Kərimli deyir ki, indi isə fərqli mənzərə yaşanmalıdır. Yəni, ölkəmizdə "Aİ-95" premium və "Aİ-98" super markalı benzinin qiymətində ucuzlaşma olmalıdır.
Ekspert deyir ki, hazırda dünyanın əsas neft hasilatçılarından olan ABŞ-də neftin qiymətinin ucuzlaşması yanacağın da qiymətinin aşağı düşməsinə səbəb olub. Yanacağın qiyməti Avropa ölkələrində də ucuzlaşıb.
Qeyd edək ki, hazırda ölkəmizdə "Aİ-95" markalı benzinin bir litrinin qiyməti 2, "Aİ-98" markalı benzinin qiyməti isə 2 manat 30 qəpiyə satılır.