​Generalın adından saxta məktub YAYILDI - FOTO

​Generalın adından saxta məktub YAYILDI
12:03 04.04.2023
239 Hadisə
A- A+
Bəzi sosial şəbəkə səhifələrində Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi general-mayor Füzuli Əsədov tərəfindən işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən Yanğından Mühafizə hissələrinə ünvanlanmış, təlim keçirilməsi ilə bağlı hazırlıqlara dair göstəriş xarakterli "məktub"un şəkli yayılıb.

FHN-dən verilən məlumata görə, qeyd olunan "məktub" saxtadır və həqiqəti əks etdirmir.

"Bir daha sosial şəbəkə istifadəçilərini və kütləvi informasiya vasitələrini dəqiqləşdirilməmiş və həqiqətə uyğun olmayan məlumatları yaymamağa çağırırıq", - FHN-dən qeyd edilib.