​Elza Seydicahandan bacısının ittihamlarına CAVAB

​Elza Seydicahandan bacısının ittihamlarına
17:00 17.04.2023
A- A+

Bəstələri, şeirləri, ifaları, həmçinin, maraqlı imici ilə hər zaman gündəmdə olan Elza Seyidcahan haqqında bacısı Lalə Seyidcahanın fikirləri müzakirə mövzusuna çevrilib. 

Müğənninin bacısı Lalə Seyidcahan televiziya kanallarından birinə verdiyi açıqlamada Əməkdar artistin "ağlına gələni etdiyini" bildirib. 

“Elza ağlına gələni edir. Ətrafındakılar başına oyun açır, el-aləmi ona güldürürlər. Gah başına xoruz qoyurlar, gah nə bilim nə. Bütün nəslimizi biabır edir”, - deyə o qeyd edib. Bəstəkarın bacısı vurğulayıb ki, Elza Seyidcahan uşaqların psixologiyasını pozub:

"Elzanın irəli getməsi üçün çox çalışmışıq. Ondan çox şey gözləyirdik, amma belə yox. Elza bacılarını da, bizim uşaqlarımızın da psixologiyasını pozdu. Nəslimizə açıqlama versin, bu nə biabırçılıqdır? Bərbad geyinir, bərbad şəkildə ortaya çıxır. Məni görəndə telefona baxır, guya ki, görmür. Qocalıb”. 

Məsələ ilə bağlı Əməkdar artistin özü ilə əlaqə saxlasaq da o, bu barədə danışmaq istəməyib. Müğənni ötən ay baş tutmuş solo konsertinin daha çox işıqlandırılmasını istəyib: 

“Mənim martın 28-də solo konsertim oldu, hələ də o konsertin ab-havasından çıxmamışam. Türkiyəyə təklif almışam, növbəti konsertimə hazırlaşıram. Bu sözləri kütlə müzakirə edir. Konsertim və gözəl işlərim barədə danışıram, danışmışam və danışacağam da”. 

Xatırladaq ki, Əməkdar artist Elza Seyidcahanın mart ayının 28-də "Mahnılar və şeirlər" adlı solo konserti baş tutub