​Müdafiə Nazirliyində yüksək vəzifəyə TƏYİNAT - FOTO

​Müdafiə Nazirliyində yüksək vəzifəyə
12:09 24.05.2023
267 Ölkə
A- A+
Müdafiə Nazirliyinin Hərbi-Texniki Təchizat Baş İdarəsinə rəis təyin olunub.

Aqil Qurbanov Prezident İlham Əliyevin cari ilin fevral ayında imzaladığı Sərəncamı ilə müdafiə nazirinin hərbi-texniki təchizat üzrə müavini - Hərbi-Texniki Təchizat Baş İdarəsinə rəis təyin edilib.

Qeyd edək ki, Qurbanov Aqil Səlim oğlu 15 avqust 1986-cı ildə Bakı şəhərində anadan olub. 2004-2008-ci illərdə Prezident Yanında Dövlət İdarəçilik Akademiyasında bakalavr təhsili alıb. O, 2012-2014-cü illərdə London İqtisadiyyat və Siyasi Elmlər Məktəbində magistr təhsili alıb. 2015-2019-cu illərdə "PAŞA Holding” MMC-də investisiyalar üzrə direktor olub. Daha sonra "Sumqayıt Texnologiyalar Parkı”nın Müşahidə Şurasının sədri vəzifəsində çalışıb.

Ötən ilin dekabrından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə müdafiə nazirinin hərbi-texniki təchizat üzrə müavini təyin edilib.

Ailəlidir. İki övladı var.