​İyulun 1-də quru sərhədlər açıla bilər? - Deputatdan açıqlama

​İyulun 1-də quru sərhədlər açıla bilər?
13:49 22.06.2023
277 Toplum
A- A+

"Düşünürəm ki, Operativ Qərargahın qərarını gözləmək lazımdır”.

Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Rüfət Quliyev iyulun 1-dən quru sərhədlərin açılmasına münasibət bildirərkən deyib.

Deputat hesab edir ki, hər şeyə Operativ Qərargah məsuliyyət daşıyır:

"Qərarı onlar verir və hökumət, xalq, cənab Prezidentin qarşısında cavabdehdir, gəlin hamılıqla onların qərarını gözləyək”.

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargah pandemiya səbəbindən quru sərhədlərin iyul ayının 1-nə kimi bağlı olması ilə bağlı qərar verilib.