​"Meyvəli" bazarında FACİƏVİ HADİSƏ -ÖLƏN VAR

​
10:35 24.10.2023
198 Hadisə
A- A+

Qaradağda ölümlə nəticələnən yol qəzası olub.

Nezarettv.Az APA-ya istinadən bildirir ki, hadisə "Meyvəli" bazarı adlanan ərazidə qeydə alınıb.

1988-ci il təvəllüdlü Saleh Cəbrayılovun idarə etdiyi "Ford Transit" markalı avtomobillə Bədəl Bədəlovun idarə etdiyi "Lada Priora" markalı avtomobil toqquşub.

Nəticədə Bədəl Bədəlov hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.