​Bakıda yaşayış binasında YANĞIN BAŞLADI - SON DƏQİQƏ

​Bakıda yaşayış binasında YANĞIN BAŞLADI
15:27 25.10.2023
234 Hadisə
A- A+

  Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Yasamal rayonu, Mirzəağa Əliyev küçəsində altımərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yanğın olması barədə ilkin məlumat daxil olub.

 

Bu barədə  FHN-dən bildirilib.

 

Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.

 

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.