İyun ayının 24-də Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyilə “Dayaq” Sosial Maarifləndirmə İB-inin həyata keçirdiyi “Sosial siyasətdə ictimai təşəbbüslər” adlı layihə çərçivəsində 1 Nömrəli Bakı Tibb kollecində maarifləndirmə tədbiri keçirib.
Tədbirdə “Dayaq” Sosial Maarifləndirmə İB-inin sədri Hicran xanım Əliməmmədova, layihənin eksperti Gövhər xanım Quliyeva, Yasamal Rayon İcra Hakimiyyətinin Baş məsləhətçisi Cavid müəllim Şıxcəfərli, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının Rəisət Heyyətinin üzvü, Qadın Vəkillər Alyongiyasının sədri Dilarə xanım Əfrasiyelova, Kəngərli və Partnyorları Vəkil Bürosunun Vəkili Kəmalə xanım Tağıyeva, 1 Nömrəli Bakı Tibb Kollecinin Tələbə Gənclər Təşkilatının sədri Elnur müəllim Həsənbəyli, Azərbaycan Texniki Universitetinin Nəzdində, Bakı Dövlət Rabitə və Nəqliyyat kolecinin Tələbə Gənclər təşkilatının müavini Cəmilə xanım Həsənova və kollecin tələbələri iştirak edib.
Tədbirdə Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, daha sonra vətən uğrunda canından keçmiş vətən oğullarını bir dəqiqəlik sükutla yad edilib.
İB-in sədri Hicran Əliməmmədova çıxış edərək, ilk öncə iştirak edən qonaqları və tələbələri salamlayıb. Layihənin əsas məqsədi və layihədə nəzərdə tutulan tətbirlər barəsində məlumat verib. İB-in sədri Hicran xanım sözü verib Kəngərli və Partnyorları Vəkil Bürosunun Vəkili Kəmalə xanıma, mövzu üzrə sosial sahədə olan problemlər ilə bağlı layihələrin həyata keçirilməsində əsas məqsədimiz odur ki, işsiz və işaxtaran şəxslərin sosial müdafiəsi və məşğulluq ilə bağlı məlumat verib. Ölkəmizdə işsizliyin aradan qaldırılması üçün müvafiq addımlar atılır. Sosial dəstək proqramlarının uğurlu icrası vətəndaş məmnunluğunun artmasından əhəmiyyətli rol oynadı. Ölkə rəhbərinin irəli sürdüyü bütün təşəbbüslərdə sosial baxımdan zəif təmin olunmuş ailələrə hər zaman bu diqqəti müşahidə edib. Prezident cənab İlham Əliyev həmişə məhz Ulu Öndər Heydər Əliyevin yolunu, hər zaman xalqının, dövlətinin mənafeyini düşünüb.
Bu istiqamətdə müəyyən qanunlar qəbul olunur, bu yöndə dəstək layihələr həyata keçirilir.
Tədbirin gedişatında çıxış edən Yasamal Rayon İcra Hakimiyyətinin Baş məsləhətçisi Cavid müəllim Sosial siyasət haqqında məlumat verib. Sosial yardımın əsas məqsədi cəmiyyətin həssas və aztəminatlı qruplarını maddi dəstək və sosial müdafiəsi üzrə təmin etməkdir. Məlum olduğu kimi, Azərbaycan hökümətinin prioritet hesab etdiyi sahələrdən biri də, sosial sahədir. Bu yöndə sosial sahədə gənclər ehtiyacı olan vətəndaşlara xidmət göstərmək, aztəminatlı ailələrin sosial təminatını yaxşılaşdırılması və sosial müdafiə tədbirləri ilə əhatə olunmasıdır. Cənab Prezident İlham Əliyevin tapşırığı ilə özünəməşğulluq proqramı mühüm sosial-iqtisadi üçün əhəmiyyət daşıyır. Bu məqsədlə aztəminatlı ailələr üçün geniş sosial yardım və məşğulluq proqramları həyata keçirilir.
Layihə haqqında məlumat vermək üçün layihənin Eksperti Gövhər xanıma söz verilib, Layihənin həyata keçirilməsinin əsas məqsədi, Qlobal məsələlərdən biridə sosial sahədir. Hökümətin həyata keçirdiyi sosial siyasətdə, ictimai rolun artırılmasından ibarətdir. Gənclər cəmiyyətin elmi, mədəni və sosial həyatında iştiraka və könüllü fəaliyyətlərə həvəsləndirməkdən ibarətdir. Bakı Dövlət Rabitə və Nəqliyyat kolecinin Tələbə Gənclər təşkilatının müavini Cəmilə xanıma, tədbirdə iştirak edən qonaqları və tələbələri salamlayıb. Tədbirdə iştirak etdiyi üçün İB-in sədri Hicran xanıma öz təşəkkürünü bildirib.
Daha sonra söz verilib 1 Nömrəli Bakı Tibb Kollecinin Tələbə Gənclər Təşkilatının sədri Elnur müəllimə, tədbirdə iştirak edən qonaqları salamlayıb. Hicran xanıma öz təşəkkürünü bildirib ki, keçirdiyiniz hər bir mövzular ilə bağlı layihələrdə tələbələr iştirak edib və maariflənirlər. İB-in sədri Hicran xanım, Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Maliyyə Dəstəyi İcraçı direktor Aygün xanım Əliyeva, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Hörmətli Elşad Həsənov, Yasamal Rayon İcra Hakimiyyətinin başçısının müavini Təravət xanım Muradova, 1 Nömrəli Bakı Tibb Kollecinin direktoru Nailə xanım Əliyeva, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının sədri Anar Bağırov və Aydın müəllimə öz təşəkkürünü bildirib ki, hər zaman keçirdiyi bütün tədbirlərdə öz dəstəklərini göstəriblər. Tədbirin sonunda iştirak edən qonaq və tələbələr ilə xatirə şəkilin çəkiliməsilə yekunlaşıb. Tələbələrə tədbirin əvvəlində dəftərxana ləvazimatları paylanılıb.
Qeyd edək ki, layihənin məqsədi sosial problemlərinin öyrənilməsi, sosial-iqtisadi sahədə problemlərin aidiyyatı qurumların diqqətinə çatdırılması prosesində vətəndaş cəmiyyətinin rolunun artırılmasından ibarətdir.