​Rusiya və onun siaysi rəhbərliyi anlamalıdrılar ki...

​Rusiya və onun siaysi rəhbərliyi anlamalıdrılar ki...
10:14 29.06.2025
A- A+

  Rusiyanın Yekaterinburq şəhərində baş verən məlum hadisələrlə bağlı ilk reaksiyam belə oldu:  Rusiya hüquq-mühafizə orqanlarının Azərbaycanlılara qarşı törətdiyi vəhşilik, sadəcə məmur özbaşınalığı, qeyri-peşəkarlığı, nadanlığı deyil, əslində bu dövlətin imperialist mahiyyətindən irəli gəlir və illərdi formalaşmış və tədbiq etdiyi "beynəlmiləlçilik siyasətinin", başqa xalqlara, hətta "yaxın və mütəffiq" hesab etdiyi xalqalara olan əsl münasibətinin bariz nümunəsidir!

   Lakin sonra bu hadisəni və onun ətrafında baş verənləri araşdırmaq, təhlil etmək və daha obyektiv, əsaslndırılmış nəticə əldə etmək qərarına gəldim. Bu məqsədə nail olmaq üçün, hesab edirəm ki, məsələyə iki aspekdən yanaşılmalı və qiymətlənndirlməlidir;

  1. hüquqi aspekdən, yeni kriminoloji vəziyyətə nəzarət, cinayətkarlığa, xüsusilə də etnik cinayətkarlığa qarşı mübarizə, bu və ya digər cinayət işləri çərçivəsində həyata keçiriən əməliyyət tədbirləri, istintaq hərəkətləri kimi
  2. siyasi aspektdə, yəni dövlətlərarası və millətlərarası münasibətlər prizmasından.
  1.  Əminəm ki, hər kəs razılaşar ki, kimin tərəfindən törədilməsindən asılı olmayaraq, istənilən cinayət bu və ya digər ölkənin qanunvericiliyi çərçivəsində araşdırılmalı, onu törədən şəxs məsuliyyətə cəlb olunmalı və müvafiq cəzasını almalıdır. 

   Amma Rusiyanın ürəkbulandıran TV-lərinə, KİV-inə diqqət yetirsək, xüsusilə son illər intensivləşən maraqlı tendensiyanın şahidi olarıq. Yayılan kriminal xəbərlərin “əsas qəhrəmanları”, Rusiyada kriminal vəziyyətlə bağlı statistikanın artmına təsir edən element bir qayda olaraq məhz ya miqrantlar, ya da Rusiya vətəndaşı olan digər xalqların, əsasəndə Mərkəzi Asiya və Qafqazın müsəlman xalqlarının nümayəndələridir. Qəribədir ki, digər millətlərin bu və ya başqa formada iştirak etdiyi cinayət hadisələri böyük bir şouya çevrilir, gündəmi zəbt edir. Bütün KİV-lər, “növbətçi ictimai-siyasi xadimlər”, pravoslav din xadimləri və s., hər kəs bu hadisədən danışır, cinayətin mahiyyəti qalır bir yanda, cinayətkarın milli mənsubiyyəti müzakirə mövzusuna çevrilir. Qısası, Rusiyanın “gebbelssayağı” təbliğatından belə təəsürrat yaranır ki, bu ölkədə yerli əhali yəni ruslar qanuna zidd əməllər yol verməyən sakit, dinc və, necə deyərlər “yumşaq və hamardırlar”, digər xalqların nümayəndələri isə “cinayətkar ünsürlərdir”. Bu səbəddən də cinayət hadisələrinin 90-95%-ini məhz “milli azlıqlar” törədir. Bu azmış kimi, həmin kriminal hadisənin iştirakçısına qarşı törədilən qanuna və insanlığz sığmayan tədbirlər bir yana, bunu bahanə edərək, böyük bir kompaniyalar təşkil olunur. bu məsələyə aidiyyəti olmayan çoxsaylı miqrantın saxlanılır, onlar incidilir, yaranmış vəziyyət süni şəkildə şişirdilir, bu proses hətta öz vətəndaşları olan, lakin başqa milli və dini mənsubiyyəti fərqli olanlara, qanuni şəkildə əmək fəaliyyəti ilə məşğul olan digər miqrantlara qarşı reydlərlə, onlara qarşı kobud aşağılayıcı tədbirlərlə müşaiət olunur,  vətəndaşlığından asılı olmayaraq başqa xalqın nümayəndələrinin hüquqlarının, biznes fəaliyyətinin məhdudlaşdırılmasına, yerli ictimaiyyətdə onlara qarşı mənfi rəy formalaşdırılmasına səbəb olur.

  Bəs əslində necədir? Doğrudanmı Rusiayada cinayətlər törədənlərin çoxu digər xaqların nümayənədləridir?

   Təbii ki, Rusiyada cinayətlərin “milli tərkibi” (etnik mənşəyi) haqqında məlumatlar kifayət qədər məhduddur (başqa cür olsaydı təccüblü olardı), ancaq mövcud statistikaya və araşdırmalara əsaslanaraq bəzi məlumatları qeyd etmək olar.

Heç demə…. 2024-cü ildə Rusiya Daxili İşlər Nazirliyinin rəsmi məlumatlarına görə, xarici vətəndaşların törətdiyi cinayətlərin ümumi payı təqribən 4% olub (!). Hətta digər müstəqil və xarici mənbələrdə bu rəqəm daha aşağıdır, yəni 2% civarındadır. Bəlkə də bu fərqlər hesablamada istifadə olunan metodoloji yanaşmalardan qaynaqlanır. Amma hər halda ümumilikdə, kriminal statistikada digər xalqların və  xarici vətəndaşların payı olduqca aşağıdır – 2–4% arasında dəyişir. Bu rəqəm də, Kremlə bağlı şovinist düşüncəli primitiv və manqurd solovyovların, simonyanların, babayanların, popovların, skobayevaların at oynatdığı mənfur təbliğat maşının növbəti dezinformasiyaları alt-üst edir.

Bəs Rusiyanın əməllərini ört-basdır etməyə çalışdığı, əslində isə ölkə daxilində törədilən cinayətlərin 96-98%-ini törədən “dogma rus cinayətakarları” ilə bağlı vəziyyət necədir. Yəni öz təbirlərincə desək “slavyan mənşəli” cinayətkarlar Rusiya və dünyada nə işlə məşğuldurlar?

   Rusiyanın “proxy criminal networks” (proksi cinayət şəbəkələri) təşkilatı regional və beynəlxalq səviyyədə fəaliyyət göstərir və birbaşa Rusiya dövləti əlaqəli iqtisadi və kiber cinayətlərdə iştirak etməsi ehtimal edilir (yadınızdadır da, lap bu yaxınlaraa Azərbaycana  da qarşı kiberhücum təşkil etmişdilər).

   Qlobal miqyasda rus cinayətkar şəbəkələri ABŞ və Avropada geniş yayılıb. Bu ölklərdə Rus mənşəli kriminal şəbəkələr mövcuddur. Bəzi mənbələrin verdiyi məlumatlara görə Rusiyadan çıxmış 200-dən çox peşəkar kriminal təşkilat 44 ölkədə fəaliyyət göstərir. Xüsusən Yunanıstan, Kipr, Almaniya, Baltik ölkələri, Böyük Britaniya və Fransada çirkli pulların yuyulması, kibercinayətlər, silah, narkotik və insan alveri ilə məşğuldurlar.  Bundan əlavə Rusiyanın həm hədəf, həm də tranzit ölkə olaraq insan alveri və qaçaqmalçılıqda mühüm rol oynadığı beynəlxaql cinaytəkarlıqla mübarizə institutlarına məlumdur. Bu şəbəkələr beynəlxalq səviyyədə “dəhşətli təhlükə” hesab olunur və ABŞ kimi ölkələr buna qarşı sanksiyalar tətbiq edir.

   Yəni…. Ruisya hüquq-mühafizə orqanları vəzifə borclarını ləyaqətlə yerinə yetirmiş olsalar, öz işlərini vicdanla, peşəkarlıqla görümüş olsalar, əsl cinayətkarlıqla mübarizə aparardılar.

   Ümumiyytələ isə Rusiyanın müvafiq strukturlarının mütəmadi olaraq miqrantlara, vətəndaşlığından asılı olmayaraq digər xalqlara, xüsusilə də türk və müsəlmanlara qarşı həyata keçidiyi bu cür tədbirlər cinayətkarlığın qarşısnın alınması məqsədi ilə keçirilən əməliyyat tədbirlərindən daha çox siyasi tədbirlərdir. Sanki bu cür hərəkətlərlə digər xalqları qorxu içərisndə saxlamağa, həmin milli azlıqlara yönəlik “əzələ nümayişidir”.

  Əks halda, Rusiya hüquq-mühafizə sisteminin ən ali eşelonunda oturanlardan, Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkinin miqrantlara, həmçinin Rusiya vətəndaşları olan digər xalqlara olan kin və nifrətini gizlətməməsini, etdiyi qanunsuz, insan haqları pozulması ilə bağlı hərəkətlərini ört-basdır etməməsini,  digər xalqların nümayəndəsinin cinayətindən şou hazırlanmasını, cinayətkar olduğu ehtimal edilən şəxsin saxlanması zamanı quraşdırlmış ucuz tamaşanın aktyoru kimi Rusiya Daxili İşlər naziri Vladimir Kolokoltsevin özünün iştirakını,  bütün bu proseslərdə yol verilmiş zorakılıq, insan haqlarının pozulması, şəxsiyyətin alçadılmasını və s.  qanuna zidd hərəkətlər olmaqla yanaşı, nəinki peşəkarlığa, elementar insani dəyərlərə, etikaya sığmayan əməlləri nə ilə izah etmək olar? Bu iyrənciliklərin sonradan açıq şəkildə TV-də, internetdə və KİV-də nümayiş etdirilməsi sağlam məntiq nöqteyi-nəzərindən izah etmək çətindir. 

    İstənilən halda, hər şeydən əvvəl bu cür zorakı, eyni zamanda ucuz hərəkətlər dövlətin zəiflik və acizlik göstəricidir.

  1.  Hadisənin siyasi mahiyyəti – dövlətlərarası, millətlərarası münasibətlər baxımından təsiri.

     Rusiyanın siyasi rəhbərliyi, ələxüsusda hazırki iqtidarı, nə vaxt anlamağa başlayacaqlar ki, 180-dən artıq etnik qrupun yaşadığı Rusiya çoxmillətli dövlətdir, orada uzun əsrlərdir çoxsaylı xalqların nümayəndələri birlikdə yaşayır və çalışırlar. Təssüf ki. tarix sübut edir ki, Rusiyanın millətlərarası sayasətində ciddi səhflərə yol verilib, bu siyasət daim bir xaqlın xeyrinə istifadə olunub.Bu siyasət digər xalqları əzməkdən, onları istismar etməkdən, dillərini, mədəniyyətlərini məhv edərək, onları assimiliyasiyaya uğratmaqdan, müharibə və hərbi əməliyyatlar zamanı «qurbanlıq qoyun” və ya onların öz təbirincə desək “пушечная мяся” kimi ön sıralara göndərib qırğına verməkdən ibarət deyil. Məhz əsrlər boyu həyat keçirlən bu cür millətlərarası siyasətin, “beynəlmiləlçilik ideoligiyasının” və ekoloji və resurs eksplatasiyasının (neft qaz, mədən layihələrinin yerli torpaqları dağılması və istismar edilməsi) nəticəsidir ki,  20-dən artıq aborigen etnik qrupun tamamilə nəsli kəsilib və ya assimillayasiyaya uğrdaılıb, ən çox da bu siyasətin “bəhrəsini” “Şimal, Sibir və Uzaq Şərqin az‑saylı yerli xalqları” kateqoriyasını aid olan, o cümlədən türkdilli xalqlar görüb. Bir neçə xalqlar istisna olmaqla əkəsr xalqlar ciddi demoqrafik, dil, mədəniyyət və resurslardan istifadə problemləri ilə üzləşiblər.

   Digər dövlət və xalqlarla münasibətə qaldıqda isə burada məsələ daha aydındır, Rusiyaya nifrət edənlərin, və ya yumşaq desək isti yanaşmayanları saymaqdansa, az-çox loyal olanları sadalamaq daha asandır- Şimali Koreya, Kuba, bir neçə Afrika ölkəsi və bir də keçmiş SSRİ respubliklarından bir neçəsi (o da siyasi rəhbərlik səviyyəsində, xalqlara qalsa, gürcünün, qazağın, özbəyin və s. Ruisiya böyük məhəbbət bəsləməsi şübhəlidir).

  Obrazlı desək, bu gün Rusiya sanki dəvəquşunu xatırladır. Daxildə təbliğat maşını dayanmadan işləyir, bütün uğursuzluqlar, böhranlar, məğlubiyyətlər ört-basdır edilıir. Ətrafda hər kəs düşməndir! Hər yerdə, hər saat, hər dəqiqə yalan, dezinformasiya, böhtan, iftira!!!

   Son illər ərzində etnik stereotiplərin Rusiya cəmiyyətində kök salması və mövcud hakimiyyətin yalnış millətlərarası siyasəti, qonuşlarla münasibəti düşmənçilik əsviyyəsinə gətriməklə yanaşı, ölkədaxilində də qeyri-rus xalqlara qarşı diskriminasiyanın və islamofobiyanın artmasına səbəb olub. Özünü bütün dünyaya qarşı qoyan Rusiya, bütün istiqamətlərdə uduzan, düşdüyü zibildən çıxmaq üçün etdiyi yalnış çabalar, hərəkətlər daha böyük səhflərə səbəb olur.  Eyni zamanda bir neçə istiqamətdə konfliklərdə iştirak etmək iddiasında olan, özünü çox çətin və çıxılmaz vəziyyət salan, xüsusiilə Ukrayna ilə müharibənin bu qədər uzanması Rusiyanın reputasiyasını alt-üst etməklə yanaşı, superdövlət, dünyanın 2-ci Ordusu umicini darmadağın edib. Ən pessimist analitiklərin belə ağlına gəlməyən artıq 3 il davam edən müharibə Rusiyanı həm maliyyə, həm iqtisadi, həm texniki, həm də insan resursu, ən əsası da ideoloji baxımdan tükəndirib. Beynəlxalq ictimaiyyəti, dünyanı demirəm, artıq onların münasibəti məlumdur, daxildə də problemlər yaranmağa başalyıb. Axı solovyovların, simonyanların əxlaqsız, tərbiyəsiz, heç bir etik çərçivəyə sığmayan yalanları insanları nə qədər doydurmaq olar? 

    Bax bu boşluğu yaşayan Kreml çıxış yolunu ifrat millətçi, şovinzm, dini radikalizm və s. bu kimi qeyri-demokratik, qeyri-sivil metodlarla köklənən və digər xalqlara, xüsusilə də türklərə, müsəlmanlara qarşı  nifrət siyasəti və onlara qarşı təzyiqlərlə doldurmağa çalışır.  Xüsusilə siyasi gərginliklər dövründə (Ukrayna müharibəsi, Suriya böranı, iqtisadi gərginlik, daxili terror təhlükəsi elan olunduqda) miqrant və qeyri-ruslara qarşı “təmizləmə” reydləri keçirilir.

  Ən gülməlisi də odur ki, Rusiya xarici siyasəti o qədər cılız duruma düşüb ki, qonşu dövlətlərlə siaysi münasibətlərdəki dəyişkənlik, Rusiyada həmin həmin dövlərin vətəndaşlarına qarşı ciddi hərəkətlənməyə səbəb ola bilər. Məsələn, Rusiya-Azərbaycan münasibətlərindəki kiçicik bir sərinlik (məsələn, Türkiyə, Pakistanla ilə yaxınlaşma, Ermənistanla bu və ya digər məsələnin razılaşdırılması  və s.) Rusiyadakı azərbaycanlı icmasına dolayı təzyiq vasitəsi kimi istifadə oluna bilər.

   Rusiya və onun Prezidenti başda olmaq siaysi rəhbərliyi anlamalıdrılar ki, Rusiya kimi çoxmillətli dövlətdə millətlərarası münasibətlərə yanlış siqnal effekti verən ritorikaya yer olmamalı, irqçilik, diskriminasiya, ksenofobiya kimi zərərli meyllərin qarşısı vaxtında alınmalıdır. Xüsusilə Rusyanın xarici siyasətinin aynası və dəyənəyi kimi çıxış edən Rusiyanın hüquq-mühafizə orqanlarının fəaliyyəti və bu ətrafda həyata keçirilən qeyri-adekvat tədbirlər, TV və digər KİV-lərin qızışdırıcı mövqeyi bumeranq effekti verə və Rusiya iqtidarının hələki yeganə dayağı olan Ruisya ictimaiyyəti, cəmiyyəti üçün arzuolunmaz proseslərə səbəb ola bilər.

   Çoxmillətli ölkələrdə yalnız milli və dini tolerantlıq, xalqlar arasında balanslı, ölçülüb-biçilmiş siyasət müvəffəqiyyət qazana bilər. Bu balansın pozulması ciddi sarsıntılara, problemlərə səbəb olur.

 Siyasi şərhçi: Əhməd N. Abbasbəyli