​Hava şəraiti ilə bağlı avtomobil yollarının vəziyyəti açıqlandı

​Hava şəraiti ilə bağlı avtomobil yollarının
10:17 21.01.2022
323 Toplum
A- A+

Bakı Beynəlxalq Avtovağzal Kompleksi (BBAK) Azərbaycanda müşahidə edilən qarlı hava şəraitində bölgələrə sərnişinlərin çatdırılmasını normal qaydada yerinə yetirir.

Bunu Trend-in sorğusuna cavab olaraq BBAK-dan bildiriblər.

"Qarlı hava şəraiti ilə əlaqədar BBAK-dan rayon və şəhərlər istiqamətində hərəkət edən avtobusların qrafikində heç bir dəyişiklik olmayıb. Avtobuslar həmişəki qrafiklə hərəkət edirlər", - məlumatda deyilir.