​"Türkiyədə olanda koronavirusa yoluxdum" - Ağadadaş Ağayev

​
13:20 15.02.2022
272 Maqazin
A- A+

"Hər 3 aydan bir Türkiyəyə  kontrol yoxlamaya gedirəm. Bu dəfə də şükürlər olsun ki, hər şey tər-təmiz çıxdı".

Bunu SÜLH.İNFO.az-a  açıqlamasında  Xalq artisti Ağadadaş Ağayev deyib.  O, artıq özünü yaxşı  hiss etdiyini və xəstəliyə qalib gəldiyini ifadə edib:

"Demək olar ki,  artıq mən bu xəstəliyə qalib gəlmişəm. Amma yenə də bu cürə yoxlamlar olmalıdır. Hər 3 ay,  6 aydan bir kontrollara gedirəm". 

Müğənni həmçinin də,  yanvarın 4-də  Türkiyəyə gedərkən  koronavirusdan test  verdiyini  və test nəticəsinin müsbət olduğunu  deyib:

"Koronavirus  test nəticəm pozitiv çıxdı. Bir həftə karantinə aldılar. Mən elə də bir  şey hiss etmədim. Nə temperaturum nə də  başqa bir şey olmadı. Hər  şey  çox gözəl keçdi. İndi  hər  şey qaydasındadır".