​"Putin Qərbin və NATO-nun cavab verməyəcəyini düşünürdü" - Bayden

​
09:40 03.03.2022
301 Dünya
A- A+

"Rusiya Prezidenti Vladimir Putin Qərbin və NATO-nun cavab verməyəcəyini düşünürdü, amma yanıldı".

SÜLH.İNFO.az xəbər verir ki, bunu Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef Bayden tviter səhifəsində yazıb.

"Putin Qərbin və NATO-nun cavab verməyəcəyini düşünürdü və o, bizi evdə parçalaya biləcəyini düşünürdü. O, yanıldı", - Ağ Ev rəhbəri əlavə edib.

ABŞ Prezidenti vurğulayıb ki, o, avropalı müttəfiqlərini birləşdirməyə saysız-hesabsız saatlar sərf edib.

"Rus yalanlarını həqiqətlə qarşı-qarşıya qoymuşuq. İndi də azad dünya onu məsuliyyətə cəlb edir", - Bayden əlavə edib.