​Gürcüstanda daha 16 nəfər koronavirusdan ÖLDÜ

​Gürcüstanda daha 16 nəfər koronavirusdan
14:40 15.03.2022
A- A+

Gürcüstanda ötən sutka ərzində daha 1 716 nəfərin koronavirusa yoluxduğu müəyyən edilib.

SÜLH.İNFO.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Məlumata əsasən, daha 1 551 nəfər müalicə olunaraq sağalıb, 16 nəfər isə vəfat edib.

Hazırkı dövrədək qonşu ölkədə COVID-19 infeksiyası 1 637 691 nəfərdə aşkarlanıb. Onların 1 590 380-i sağalıb, 16 585-i isə ölüb.