​Məhkəmə sabiq icra başçısının köməkçisi ilə bağlı qərar VERDİ - FOTO

​Məhkəmə sabiq icra başçısının köməkçisi ilə bağlı qərar
18:20 15.03.2022
296 Toplum
A- A+

Göyçay Rayon İcra Hakimiyyəti başçısının köməkçisi Vahid İsayev məhkəmə qarşısına çıxarılıb.

Binəqədi Rayon Məhkəməsində keçirilən prosesdə istintaq orqanının təqdimatı təmin edilib.
Vahid İsayev barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib.

Xatırladaq ki, bir neçə gündür Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi qanun pozuntuları ilə bağlı Göyçay Rayon İcra Hakimiyyətində yoxlama aparır.

Rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə bir müddət əvvəl işdən çıxarılıb.(apa.az)