​Vilayət Eyvazovdan yeni TƏYİNATLAR

​Vilayət Eyvazovdan yeni
12:20 16.03.2022
402 Siyasət
A- A+

Daxili işlər orqanlarında yeni təyinatlar olub.

SÜLH.İNFO.az  xəbər verir ki, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə, Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsinin rəisi, polis polkovnik-leytenantı Zaur Əliyev tutduğu vəzifədən azad edilərək Binəqədi Rayon Polis İdarəsinin əməliyyat işləri üzrə rəis müavini təyin edilib.

Nazirin digər əmri ilə, Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 15-ci Polis Bölməsinin (PB) rəisi Fəxrin Bektaşi vəzifəsindən azad edilərək Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis bölməsinin rəisi vəzifəsinə təyinat alıb.