​Ukrayna qüvvələri iki rus alayını MƏHV ETDİ

​Ukrayna qüvvələri iki rus alayını
11:20 18.03.2022
240 Dünya
A- A+

Ukrayna Silahlı Qüvvələri rus işğalçılarının iki alayının ölkəyə irəliləməsini dayandırıb.

Unikal xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilir ki, son sutka ərzində Rusiya Müdafiə Qüvvələrinin vəziyyəti, mövqeyi və hərəkətlərinin xarakteri əhəmiyyətli dərəcədə dəyişməyib.

"Ukrayna Silahlı Qüvvələri ələ keçirilən müdafiə xətlərində möhkəmlətməyə və saxlamağa çalışan düşmən qoşun qruplarına sarsıdıcı zərbələr endirməkdə davam edir. Gün ərzində ukraynalı müdafiəçilər Rusiya Federasiyası Silahlı Qüvvələrinin 437-ci Təlim Alayının və 26-cı Tank Alayının bölmələrinin Ukraynaya irəliləməsini məhv edib. Düşmən itkiləri dəqiqləşdirilir".