​Loboda Ukrayna ordusu üçün 1,5 milyon göndərdi

​Loboda Ukrayna ordusu üçün 1,5 milyon
19:00 31.03.2022
A- A+

Ukraynanın Əməkdar artisti Svetlana Loboda ölkəsinin ordusu üçün yardım göndərib.

SÜLH.İNFO.az xəbər verir ki, bu barədə Borispol meri Vladimir Borisenko feysbukdakı canlı çıxışı zamanı məlumat verib.

O bildirib ki, müğənni ordu üçün hərbi avtomobil alıb. Sənətçi zirehli gödəkçə və turniketlərin alınması üçün isə 1,5 milyon qriven (təxminən 86 min 400 manat) pul göndərib.