​"Böyük güclər arasında müharibə yolverilməzdir" - ABŞ generalı

​
11:40 01.04.2022
302 Dünya
A- A+

Ciddi gərginliyə baxmayaraq dinc yaşamanın yollarını axtarmaq lazımdır.

SÜLH.İNFO.az TASS-a istinadən xəbər verir ki, bunu ABŞ-ın Quru qoşunlarının qərargah rəisi Ceyms Makkonvil bildirib.

“Biz birgə yanaşı yaşamaq barədə düşünməliyik. Böyük güclər arasında müharibə yolverilməzdir” – deyə general jurnalistlərə bildirib.

General qeyd edib ki, Rusiyanın Ukraynadakı hərbi əməliyyatları dünya ictimaiyyətinin maraqlarına ziddir.