​Sumqayıtda ağır qəza - ölən və yaralanan var

​Sumqayıtda ağır qəza
09:20 08.05.2022
290 Hadisə
A- A+

Sumqayıtda ölümlə nəticələnən qəza baş verib.

SÜLH.İNFO.AZ xəbər verir ki, "Samand" markalı minik avtomobili yol kənarında olan divara çırpılıb.

Hadisə nəticəsində avtomobildə olan sərnişin 1990-cı il təvəllüdlü Səmədov Elxan Eldar oğlu həyatını itirib. Nəqliyyat vasitəsinin sürücüsü isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.