​Oğuzda dağdan kişi meyiti tapıldı

​Oğuzda dağdan kişi meyiti
18:00 09.05.2022
266 Hadisə
A- A+

Oğuzda dağda 43 yaşlı kişinin meyiti tapılıb.

SÜLH.İNFO.az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Xalxal kəndində baş verib.

Belə ki, kənd sakini, 1979-cu il təvəllüdlü Dağlar Namizəd oğlu Həmidov dağda ölü vəziyyətdə aşkarlanıb.

Məlumata görə, 43 yaşlı D.Həmidov dağa odun gətirmək üçün gedibmiş.

Onun eşitmə və nitq qüsurlu olduğu bildirilir.

Hazırda əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Meyitin dağlıq ərazidən götürülməsi istiqamətində işlər aparılır.

D.Həmidovun bədbəxt hadisə nəticəsində öldüyü ehtimal edilir.