​Ombudsman: “1 milyondan çox ukraynalı qanunsuz olaraq Rusiyaya aparılıb”

​Ombudsman:
18:40 09.05.2022
301 Dünya
A- A+

1 milyondan çox Ukrayna vətəndaşı qanunsuz olaraq Rusiya Federasiyası ərazisinə aparılıb.

SÜLH.İNFO.az Ukrayna KİV-ə istinadən xəbər verir ki, bu barədə Kiyevdə keçirdiyi brifinqdə Ukrayna Ali Radasının insan hüquqları üzrə səlahiyyətli nümayəndəsi Lyudmila Denisova bildirib.

“1 milyon 185 mindən çox vətəndaşımız, o cümlədən 200 mindən çox uşaq qanunsuz olaraq Rusiya Federasiyasının ərazisinə aparılıb”, - o deyib.