​XİN-də diplomatik xidmətə işə qəbul müsabiqəsinin növbəti mərhələsi başlayıb

​XİN-də diplomatik xidmətə işə qəbul müsabiqəsinin növbəti mərhələsi
19:20 10.05.2022
379 Siyasət
A- A+

Xarici İşlər Nazirliyində (XİN) diplomatik xidmətə işə qəbul müsabiqəsinin növbəti (müsahibə) mərhələsi başlayıb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən SÜLH.İNFO.az-a verilən məlumata görə, Dövlət İmtahan Mərkəzi tərəfindən həyata keçirilmiş yazılı imtahan mərhələsini keçərək müsahibə mərhələsində iştirak üçün sənədlərini təqdim edən 105 namizədlə təşkil ediləcək müsahibə prosesi 27 may 2022-ci il tarixinədək davam edəcək.

Müsahibə mərhələsinin nəticələri müsahibə prosesi başa çatdıqdan sonrakı 10 gün ərzində açıqlanacaq.