​BŞİH iki tender keçirdi: 51 milyon manat...

​BŞİH iki tender keçirdi:
23:00 10.05.2022
276 Ölkə
A- A+

Bakı Şəhər İcra Hakimiyyətinə məxsus "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC mənzil-kommunal xidmətlərinin göstərilməsi üçün lazımi malların alınması (1), eləcə də dövlət mənzil fonduna aid binaların əsaslı təmiri (2) ilə bağlı elan etdiyi 2 açıq tenderə yekun vurub.

"Report" dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderlərin qalibi "Modul Xidmət" və "Trilliant Engineering" MMC-lərdir.

Qalib şirkətlərə müvafiq olaraq 16,437 milyon manat və 34,336 milyon manat, ümumilikdə isə 50,773 milyon manat ödəniləcək.