​Bakıda 20 ton un aparan TIR yandı

​Bakıda 20 ton un aparan
10:40 30.05.2022
391 Hadisə
A- A+

Bakı şəhərinin Qaradağ rayonunda “Renault” markalı yük avtomobilinin kabinəsi və ön təkərləri yanıb.

Fövqəladə Hallar Nazirliyindən SÜLH.İNFO.az-a verilən məlumata görə, avtomobilin qalan hissəsi və yük yerinə yığılan 20 ton un yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.