​Baş nazir Əli Əsədov BP-nin nümayəndə heyəti ilə görüşüb

​Baş nazir Əli Əsədov BP-nin nümayəndə heyəti ilə
21:00 01.06.2022
279 Ölkə
A- A+

Baş nazir Əli Əsədov iyunun 1-də BP şirkətinin Hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrel və Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz ilə görüşüb.

Görüşdə Azərbaycan ilə BP arasında əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.

BP tərəfindən Azərbaycanda həyata keçirilən layihələrin əhəmiyyəti vurğulanıb. Bu kontekstdə işğaldan azad olunmuş ərazilərdə günəş elektrik stansiyasının inşası ilə bağlı BP şirkəti ilə aparılan danışıqlara toxunulub.