​Yığmamız Millətlər Liqasında ilk xalını QAZANDI

​Yığmamız Millətlər Liqasında ilk xalını
09:20 07.06.2022
247 İdman
A- A+

Azərbaycan millisi bu gün UEFA Millətlər Liqasının C Liqasının 3-cü qrupunda Belarusla üz-üzə gəlib.

SÜLH.İNFO.az xəbər verir ki, qarşılaşma Serbiyada keçirilib.
Novi Sad şəhərindəki “Karadjordje” stadionundakı qarşılaşma qarşılıqlı hücumlarla yadda qalıb.

Oyunun 84-cü dəqiqəsində komandamızın 19 nömrəli futbolçusu Qismət Alıyev rəqibə qarşı sərt oyuna görə, oyunun baş hakimi Məhəmməd Əl-Hakimi tərəfindən birbaşa qırmızı vərəqə ilə meydandan qovulub.

Matç boyunca hər iki tərəfin hesabı açmaq yönündəki istəyi baş tutmayıb və oyun 0 :0 hesabı ilə başa çatıb.

Bununla da Azərbaycan millisi qrupda iki oyuna bir xal toplamaqla Millətlər Liqasında ilk xalını qazanıb.

Qrupun digər oyununda Qazaxstan yığması səfərdə Slovakiyadan 1 :0 üstün olub