​Güclü külək əsəcək, intensiv yağış yağacaq

​Güclü külək əsəcək,
10:40 07.06.2022
253 Ölkə
A- A+

Bakıda və Abşeron yarımadasında iyunun 7-dən birinci ongünlüyün sonunadək şimal-qərb küləyi 15-20 m/s, arabir 23-25 m/s olacaq.

Milli Hidrometeorologiya Xidmətindən SÜLH.İNFO.az-a verilən məlumata görə, Azərbaycanın rayonlarında iyunun 07-dən 11-i gündüzədək bəzi yerlərdə şimşək çaxacağı, fasilələrlə yağış yağacağı gözlənilir. Əsasən şimal və qərb rayonlarında intensiv olacağı, dolu düşəcəyi ehtimalı var.

Qərb küləyi arabir 15-20 m/s, bəzi yerlərdə arabir 23-28 m/s olacaq.

Çaylarda sululuğun artacağı ehtimalı var.