Balakəndə ölümlə nəticələnən yol qəzası baş verib.
SÜLH.İNFO. az xəbər verir ki, hadisə saat 15 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistiral yolunun 146-cı kilometrliyində - Balakən rayonu ərazisindən keçən hissəsində baş verib.
1993-cü il təvəllüdlü Balakən rayonu Mahmalar kənd sakini Kərim İbadullah oğlu Qaracayev idarə etdiyi “VAZ 2101” markalı minik avtomobili ilə Balakəndən Zaqatala istiqamətində hərəkət edərkən idarəetməni itirib.