​Şimali İraqda 220 terrorçu zərərsizləşdirilib - "Pençe-Kilit" əməliyyatı

​Şimali İraqda 220 terrorçu zərərsizləşdirilib
09:00 12.06.2022
227 Dünya
A- A+

Türkiyə Silahlı Qüvvələri İraqın şimalında PKK terror təşkilatının daha 3 silahlısını zərərsizləşdirib.

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunur ki, yaraqlılar həmsərhəd ölkənin üç bölgəsində aprelin 18-dən davam edən "Pençe-Kilit" əməliyyatı zonasında məhv edilib. Beləliklə, əməliyyat başlayandan zərərsizləşdirilən terrorçuların sayı 220-yə yüksəlib.

Qurumdan bildirilib ki, Türkiyə Silahlı Qüvvələri bölgədə terror təhlükəsinin aradan qaldırılması istiqamətində addımlarını davam etdirəcək.