​Tini Koks Putini müharibəni dayandırmağa çağırdı

​Tini Koks Putini müharibəni dayandırmağa
17:20 20.06.2022
287 Dünya
A- A+

“Rusiya-Ukrayna müharibəsinin bitməsi üçün əlimizdən gələni etməliyik”.

SÜLH.İNFO.az xəbər verir ki, bunu Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Prezidenti Tini Koks qurumun yay sessiya çərçivəsində Rusiya-Ukrayna arasındakı müharibə məsələsinə toxunarkən deyib.

“Müharibə bizim üçün normala çevrilməməlidir və müharibənin bitməsi üçün əlimizdən gələni etməli, Ukrayna ilə öz həmrəyliyimizi göstərməliyik”, - o qeyd edib.

Tini Koks Rusiya parlamenti, hökuməti və Prezidentini müharibəni dayandırmağa çağırıb, müharibənin heç bir zaman başlamamalı olduğunu, bunu davam etdirmək üçün heç bir səbəb görmədiyini əlavə edib.