​Ağır yol qəzası baş verib, 2 nəfər ölüb, 5-i yaralanıb

​Ağır yol qəzası baş verib,
11:40 25.06.2022
244 Hadisə
A- A+

Balakən rayonunda ağır yol qəzası baş verib, 2 nəfər ölüb, 5 nəfər yaralanıb.

Bu barədə SÜLH.İNFO.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Belə ki, iyunun 25-də saat 1 radələrində Balakən rayonunun Talalar kəndi ərazisində E.Vəliyevin idarə etdiyi “VAZ-2103” və K.Əhmədovun idarə etdiyi “Ford Transit” markalı avtomobillər toqquşub. Nəticədə E.Vəliyevin sərnişinləri İlqar Əhmədov və İbrahim Musayev hadisə yerində ölüb, hər iki sürücü və 3 sərnişin xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı Balakən Rayon Polis Şöbəsində araşdırma aparılır.