​Keçmiş məhkumun həyətində 3,5 ton çətənə kolu aşkarlandı

​Keçmiş məhkumun həyətində 3,5 ton çətənə kolu
13:20 27.06.2022
215 Hadisə
A- A+

Sabunçu RPİ 14-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri “Xaşxaş-2022” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Maştağa qəsəbə sakini, əvvəllər də narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş F.Babayevin həyətindən kultivasiya yolu ilə yetişdirilən 3,5 ton çəkidə 15367 ədəd çətənə kolu aşkar olunaraq götürülüb.

SÜLH.İNFO.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.