​"Rusiyanın 35 min hərbçisi zərərsizləşdirilib" - Ukrayna MN

​
16:20 27.06.2022
245 Dünya
A- A+

Ukrayna müharibənin 124-cü günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib.

SÜLH.İNFO.az xəbər verir ki, bu barədə Ukrayna ordusunun Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, Rusiya indiyə qədər 35 000 hərbçi, 1 552 ədəd tank, 3 687 ədəd zirehli döyüş maşını, 771 ədəd artilleriya sistemi, 243 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 99 hava hücumundan müdafiə sistemi, 217 ədəd hərbi təyyarə, 184 ədəd helikopter, 2 575 ədəd avtomobil texnikası, 636 ədəd PUA, 139 qanadlı raket itirib.