​Qazaxda elektrik cərəyanı gənc oğlanı vuraraq öldürüb

​Qazaxda elektrik cərəyanı gənc oğlanı vuraraq
23:20 27.06.2022
247 Hadisə
A- A+

Qazax rayonunda ehtiyatsızlıq edən yerli sakini elektrik cərəyanı vuraraq öldürüb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Canalı kəndində qeydə alınıb. Rayon sakini, 1993-cü il təvəllüdlü M.Əlizadə avtomobilini yuyan zaman elektrik cərəyanı onu vuraraq öldürüb.

Faktla bağlı araşdırmalara başlanılıb.