İyunun 27-də saat 22 radələrində Quba rayonunun Hacıhüseynli kəndi ərazisində Qımılqışlaq kənd sakini Sərxan Əlixanov idarə etdiyi “Ford Transit” markalı avtomobili Samur-Abşeron kanalına aşırıb.
DİN-dən SÜLH.İNFO.az-a verilən məlumata görə, nəticədə sürücü sudan çıxarılıb, sərnişini Rəvan Əmirov isə suda boğulub.