​Ermənistan və Türkiyə xüsusi nümayəndələrinin görüşünün vaxtı açıqlandı

​Ermənistan və Türkiyə xüsusi nümayəndələrinin görüşünün
13:40 28.06.2022
613 Ölkə
A- A+

Türkiyə və Ermənistanın xüsusi nümayəndələri Sərdar Kılıç və Ruben Rubinyan arasında növbəti görüş iyulun 1-də Vyanada keçiriləcək.

SÜLH.İNFO.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Vaan Unanyan "Twitter"də bildirib.

"Ermənistan-Türkiyə normallaşma prosesində.Ermənistan və Türkiyə xüsusi nümayəndələrinin növbəti görüşü iyulun 1-də Vyanada baş tutacaq", o qeyd edib.

Türkiyə Xarici İşlər Nazirliyi də görüşün keçiriləcəyini təsdiqləyib və bu barədə rəsmi məlumat yayıb.

Qeyd edək ki bu xüsusi nümayəndələrin sayca dördüncü görüşü olacaq.