​Bakıda 12 nəfəri gün vurub

​Bakıda 12 nəfəri
15:40 28.06.2022
270 Toplum
A- A+

"Yay mövsümi başlayandan hələki anomal isti hava şəraiti qeydə alınmayıb".

SÜLH.İNFO.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Zakir Quliyev deyib.

O bildirib ki, mövsüm başlayandan etibarən Bakı şəhər Təcili və Təxirəsalınmaz tibbi yardım stansiyasına bir neçə müraciət daxil olub.

"12 nəfər günvurmadan əziyyət çəkərək təcili yardıma müraciət edib. Onlardan 10-na xəstəxanada, 2 nəfərə isə yerindcə yardım göstərilib".