​Qurban bayramında neçə gün iş olmayacaq?

​Qurban bayramında neçə
16:40 28.06.2022
309 Toplum
A- A+

İyul ayında bayramla əlaqədar qeyri-iş günləri məlum olub.

SÜLH.İNFO.az xəbər verir ki, Nazirlər Kabinetinin qərarına əsasən, iyulun 9, 10-u Qurban bayramı günləri müəyyən edilib.

İyulun 9-u və 10-u şənbə və bazar günlərinə təsadüf etdiyi üçün Əmək Məcəlləsinə əsasən iş və istirahət günlərinin yeri dəyişdiriləcək. İyulun 11-i və 12-si qeyri-iş günü olacaq.

Beləliklə, iyul ayının 9-dan 12-dək bayramlarla əlaqədar ardıcıl qeyri-iş günü olacaq.