​Binalar çökdü, yollar dağıldı - Türkiyədə sel

​Binalar çökdü, yollar dağıldı -
09:40 29.06.2022
294 Dünya
A- A+

Türkiyənin Bartın vilayətində leysan yağışlar selə səbəb olub.

SÜLH.İNFO.az xəbər verir ki, Kozcağız qəsəbəsində eyniadlı çayın daşması nəticəsində Kozcağız-Kumluca avtomobil yolunun bir hissəsi dağılıb.

Bununla yanaşı, yola yaxın 4 mərtəbəli bina və birmərtəbəli ev uçub. Yaxınlıqdakı binaların bünövrəsi zədələnib. Təbii fəlakət səbəbindən 300-dək ailə təxliyə olunub. Dövlət Su Təsərrüfatı İdarəsi tərəfindən ərazidə bərkitmə işləri aparılır.

Bundan əlavə, dəyən zərərin müəyyən edilməsi üzrə işlər davam edir.