​Ruslar Odessaya raket atdı - 10 nəfər öldü

​Ruslar Odessaya raket atdı -
09:20 01.07.2022
271 Dünya
A- A+

Rusiya ordusu Ukraynanın Odessa vilayətini raket atəşinə tutub.

SÜLH.İNFO.az UNİAN-a istinadən xəbər verir ki, raketlərdən biri çoxmərtəbəli yaşayış binasına və istirahət mərkəzinə düşüb.

“Odessa vilayətində Qara dəniz istiqamətindən raket hücumu həyata keçirilib. Raketlərdən biri 9 mərtəbəli yaşayış binasına, ikincisi isə Belqorod-Dnestryanı rayonundakı istirahət mərkəzinə düşüb. Yaşayış binasının bir girişi tamamilə dağılıb”, - deyə məlumatda deyilir.

Xilasedicilər dağıntılar altından 10 nəfərin meyitini çıxarıb. 3-ü uşaq olmaqla 7 yaralıya tibbi yardım göstərilib.

İstirahət mərkəzində dağıntı olsa da ölən olmayıb.