​Mikroavtobusdan oğurluq edən şəxs saxlanılıb

​Mikroavtobusdan oğurluq edən şəxs
10:40 02.07.2022
256 Hadisə
A- A+

Şirvanda mikroavtobusdan 10 min manatdan çox pul oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

Bu barədə SÜLH.İNFO.AZ-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Baş Cinayət Axtarışı İdarəsi və Şirvan Şəhər Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində 2020-ci ilin dekabr ayında Şirvan şəhəri ərazisində “Mercedes” markalı bir mikroavtobusdan 10.300 manat pul oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş E.Səməndərli saxlanılıb.

Araşdırma aparılır.