​Avtomobil piyadanı vuraraq öldürüb

​Avtomobil piyadanı vuraraq
17:00 02.07.2022
233 Hadisə
A- A+

Oğuz rayonunda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə Xalxal kəndində qeydə alınıb.

Belə ki, "VAZ-21015" markalı avtomobil yolu keçmək istəyən kənd sakini Əlavər Abuzər oğlu Lətifovu vurub. O, müxtəlif dərəcəli bədən xəsarətləri ilə Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ancaq həkimlərin səyinə baxmayaraq, yaralının həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.