​Bakıda 11 yaşlı oğlanı avtomobil vurub

​Bakıda 11 yaşlı oğlanı avtomobil
09:00 03.07.2022
224 Hadisə
A- A+

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Xətai rayonunda qeydə alınıb.

Avtomobil yolu keçən 2011-ci il təvəllüdlü Seyid Ayxan Anar oğlunu vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.