​Şirvanda iki il qabaq törədilən oğurluğun üstü açılıb

​Şirvanda iki il qabaq törədilən oğurluğun
15:00 03.07.2022
230 Hadisə
A- A+

Şirvanda 2020-ci ildə törədilən oğurluq hadisəsinin üstü açılıb.

Bu barədə SÜLH.İNFO.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat verilib.

Məlumatda qeyd olunur ki, Baş Cinayət Axtarışı İdarəsinin və Şirvan Şəhər Polis Şöbəsi (ŞPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-istintaq tədbirləri nəticəsində 2020-ci ilin dekabr ayında Şirvan şəhəri ərazisində “Mercedes” markalı bir mikroavtobusdan vətəndaşa məxsus 10 300 manat pul oğurlamaqda şübhəli bilinən şəxsin şəhər sakini, hal-hazırda sonradan törətdiyi başqa bir oğurluq hadisəsinə görə Ədliyyə Nazirliyinin Pentensiar Xidmətinin cəzaçəkmə müəssisəsində cəza çəkən Etiqad Səməndərli olduğu müəyyən edilib.

Dindirilmə zamanı həmin şəxs 2 il əvvəl törətdiyi cinayət əməlini etiraf edib.

Faktla bağlı Şirvan ŞPŞ-də araşdırmalar davam etdirilir.