​Rusiya quru sərhədlərini açır

​Rusiya quru sərhədlərini
13:00 04.07.2022
209 Dünya
A- A+

Rusiya Federasiyası iyulun 15-dən etibarən quru sərhədlərini açacaq və COVID-19-un yayılması ilə əlaqədar tətbiq edilən məhdudiyyətlər ləğv ediləcək.

SÜLH.İNFO.az xəbər verir ki, bu barədə Koronavirusun Yayılmasına qarşı Mübarizə üzrə Operativ Qərargah məlumat yayıb.

İyulun 14-dən etibarən isə xarici ölkə vətəndaşlarının Rusiya ərazisinə hava və dəniz keçid məntəqələri vasitəsilə girişinə qoyulan məhdudiyyətlər tamamilə aradan qaldırılacaq.