Nəsimi rayonu, Səməd Vurğun küçəsi 79 D ünvanından zəhərlənmə səbəbi ilə Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına daxil olan müraciət əsasında 14 nəfərə yerində tibbi yardım göstərilib, 14 nəfər isə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub.
Sülh.info.az bildirir ki, bu barədə TƏBİB-dən APA-nın sorğusuna cavab olaraq bildirilib. Təcili yardım vasitəsilə zəhərlənənlərə müdaxilə edilib, vəziyyətləri ağır olanlar xəstəxanaya yerləşdirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləyiblər.
Faktla bağlı Nəsimi rayon Polis İdarəsində araşdırma aparılır, zəhərlənmənin səbəbləri araşdırılır.