​Aeroport yolunda ölümcül qəzalar bitmir, həll yolu nədir? - Ekspert AÇIQLADI

​Aeroport yolunda ölümcül qəzalar bitmir, həll yolu nədir? -
15:16 04.07.2022
356 Ölkə
A- A+

“Aeroport yolunda ölümcül qəza”, “Aeroport yolunda baş verən qəza nəticəsində 5 nəfər reanimasiyaya düşüb”, “Aeroport yolunda qəza baş verib- Ölənlər var”. Demək olar ki, hər il bu başlıqlı yazılar yazılır, “Aeroport yolu” can almaqda davam edir. Elə dünən bu yolda baş vermiş qəza nəticəsində "Mercedes" markalı yük avtomobili "Hyundai" markalı minik avtomobilinə çırpılıb. Qəzada bir nəfər dünyasını dəyişib.

Nəqliyyat üzrə ekspert Ərşad Hüseynov “Sülh.info.az”-a açıqlamasında bildirib ki, Bakı şəhərindəki yol nəqliyyat hadisələrinin statistikasına əsasən, ən ağır və ən çox ölüm hadisəsi “Aeroport yolu” adlandırdığımız Heydər Əliyev prospektində baş verir. Prospektin hər hissəsində yüksək sürətin olması, həmin yolda hərəkətin intensivliyi və məskunlaşma olmasına baxmayaraq bəzi keçidlərin düzgün yerlərdə tikilməməsi ağır qəzalara səbəb olur.


Ekspert bir neçə istiqamətdə işlərin görülməsinin zəruriliyindən danışıb. Qeyd edib ki, Koroğlu metrosundan Mərdəkan istiqamətinə olan yolu 4 hərəkət hissəsinə bölmək lazımdır. Orta zolaqlar qalmalı, kənar zolaqlarda sürət həddi endirilməlidir. “Həmin yolda bəzi risklər var. Qovşaq tipli yerlər var ki, orada daha çox sürücülər manevrlər edirlər. Yoldan kənara çıxma və yola daxil olma yerlərinin təhlükəsizliyi artırmaq lazımdır. Ictimai nəqliyyatdan istifadəni yaxşılaşdıraraq taksilərin sayını azaltsaq, qəza riskidə azalmış olar”.


Ərşad Hüseynov “Yol hərəkəti təhlükəsizliyi” ilə bağlı dövlət proqramını icrasının bütün yollar üçün vacib olduğunu da diqqətə çatdırıb.